Daha beş klassikimiz DB-də mübarizəyə qatılıb
İyulun 27-də Bakıdakı Milli Gimnastika Arenasında 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə startı verilən dünya birinciliyi (DB) davam edir. Birinciliyin ikinci günü yunan-Roma güləşi üzrə daha beş təmsilçimiz mübarizəyə qatılıb. Bu beşlikdə Əli Cavadlı (45 kq), Abdürrəhman Hüseynli (51 kq), Elmir Çərkəzov (60 kq), Nadir Həsənov (71 kq) və Zöhrab Səfərov (92 kq) yer alıb.
Yeri gəlmişkən, bu gün daha üç güləşçimiz isə medal uğrunda görüşə çıxacaq.
Onlardan İsfahan Həsənov (80 kq) iranlı Əlireza Rezai ilə həlledici final görüşünə çıxacaq. Dünən yarımfinalda məğlubiyyətlə üzləşən Ömər Salmanov (48 kq) ilə Orxan Həbibli (65 kq) bürünc medal uğrunda güləşəcək.
İNTİQAM Məmmədov


