Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Beş güləşçimizdən üçü DB-nın 1/4 finalına yüksəlib

Bakıdakı Milli Gimnastika Arenasında 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən dünya birinciliyi davam edir. Birinciliyin bu günə təsadüf edən ikinci günü daha 5 güləşçimiz (yunan-Roma güləşi üzrə) mübarizəyə qatılıb. Onlardan üçü - Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və Elmir Çərkəzov (60 kq) inamla güləşərək yarışların 1/4 final mərhələsinə yüksəlib.

Təəssüflər olsun ki, digər iki təmsilçimiz - Nadir Həsənov (71 kq) ikinci, Zöhrab Səfərov (92 kq) isə birinci görüşündə büdrəyib. 

Görüşlər davam edir. 

Günün axşam sessiyasında isə, daha üç təmsilçimiz medallar uğrunda son görüşünə çıxacaq. Onlardan biri final, ikisi isə bürünc medal uğrunda görüşə çıxacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin