Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçilərimiz DB-nın ikinci gününü 3 medalla başa vurublar 

Milli Gimnastika Arenasında 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə keçirilən dünya birinciliyinin ikinci günü millimizin üc üzvü medallar uğrunda görüşə çıxıb. Onlardan biri yalnız həlledici finalda büdrəyərək gümüş medalla, ikisi isə üçüncü yer uğrunda görüşdə qalib gələrək bürüncə layiq görülüb. 

Gümüş medal həlledici finalda iranlı Əlireza Hassan Rezaiyə minimum xal hesabı ilə uduzan İsfahan Həsənovun (80 kq) aktivinə yazılıb. Qeyd edək görüşün ilk yarısını (iki dəqiqəni) 1:0 hesabla udan güləşçimiz ikinci hissədə rəqibin 2 xal qazanmasına imkan verərək özünü çempionluq dan məhrum edib. 

Berünclər isə Ömər Salmanovla (48 kq) Orxan Həbiblinin (65 kq) payına düşüb. 

Birinciliyin ikinci günü mübarizəyə qatılan digər 5 təmsilçimizdən isə üçü uğurla çıxış edərək medallar uğrunda görüşmək imkanı qazanıb. Bu triodan ikisi - Əli Cavadlı (45 kq) və Abdurrhman Hüseynli (51 kq) sabah çempionluq uğrunda finalda, finala çıxışda iranlı təqibinə uduzan Elmir Çərkəzov (60 kq) isə bürünc medal uğrunda güləşəcək. 

Sabah qızlar da mübarizəyə qatılacaqlar. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin