Güləşçi qızlarımız DB-nin ilk günü fiadkoya uğrayırlar
İyulun 27-də Bakıdakı Milli Gimnastika Arenasında 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə startı verilən dünya birinciliyi (DB) davam edir. Birinciliyin bu günə təsadüf edən üçüncü günü zərif cinsdən olan güləşçilər mübarizəyə başlayıblar. Qızların ilk yarış günü 4 təmsilçimiz döşək üzərinə çıxıb. Bu gördükdə isə Vəfa Orucova (43 kq), Nəzrin Əhmədli (49 kq), Qaratel Quliyeva (57 kq) və Rəna Nuriyeva (61 kq) yer alıb. Təəssüflər olsun ki, mübarizəyə qatılan qızlarımızın hamısı stardaca uduzaraq, fiaskoya uğrayıblar.
Günün axşam sessiyasında isə yunan-Romacilar 5 çəki dərəcəsində medal görüşlərinə çıxacaqlar. Burada üç təmsilçimiz iştirak edəcək. Onlardan ikisi finalda, biri isə üçüncü yer uğrunda güləşəcək.
Finslçılarımızdan Əli Cavadlı (45 kq) ABŞ təmsilçisi Raylen Boksla, Əbdürrəhman Hüseynli (51 kq) isə özbəkistanlı Bunyod Xasanovla qurşaq tutacaq.
Üçüncü yer uğrunda isə Elmir Çərkəzov (60 kq) mübarizə aparacaq.
Xatırladaq ki, DB-nın ilk iki günündən sonra Azərbaycan yığmasının aktivində 3 (0-1-2) medal var. Gümüş medal İsfahan Həsənovun (80 kq), bürüncərsə Ömər Salmanovla (48 kq) Orxan Həbiblinin (65 kq) payına düşüb.
İNTİQAM Məmmədov


