Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuş videoçarxlar hazırlandı

2026-cı ildə “Respublika Xatirə Kitabı”nın 30 illik yubileyi tamam olur. Bununla əlaqədər “Şəhidlər ölməz, Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində “Respublika Xatirə Kitabı – 30” adlı iki videoçarx hazırlanıb. 
Videoçarxlarda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimiz, onların əziz xatirəsi və Vətən müdafiəsi haqqında söylədikləri dəyərli fikirləri öz əksini tapıb.
Birinci videoçarxda “Respublika Xatirə Kitabı” redaksiyasının yaranma və inkişaf tarixi diqqətə çatdırılır. Bildirilir ki, 1991-ci ildən müstəqil qurum kimi fəaliyyətə başlayan redaksiyanın işində əsas dönüş müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində olmuşdur. Redaksiya öz fəaliyyətində Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci il 23 dekabr tarixində imzalanmış “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutur. Ümummilli Liderimizin “Respublika Xatirə Kitabı”na göstərdiyi xüsusi diqqət və qayğı vurğulanır.
 Videoçarxda “Respublika Xatirə Kitabı”nın yaranma tarixi haqqında qısa məlumat verilir. Qeyd olunur ki, yaranan vaxtdan “Respublika Xatirə Kitabı” Milli Ensiklopediya nəzdində fəaliyyət göstərib. 
 2016-cı ildən Mədəniyyət Nazirliyinin tabeliyinə keçib. Redaksiya İkinci Dünya müharibəsi, lokal hərbi münaqişələr, 44 günlük Vətən müharibəsi, Aprel döyüşləri, Tovuz hadisələri və 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı zamanı şəhid olan, itkin düşən və əsir-girov götürülən vətəndaşlarımız haqqında dəqiq ensiklopedik məlumatları özündə əks etdirən 28 cilddən çox kitab nəşr edib.
İkinci videoçarxda igid şəhidlər, onların şücaəti, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhid əsgər və zabitlərimizə həsr olunan nəşrlər haqqında məlumat verilir.  S    özügedən nəşrlərin respublikamızın müxtəlif şəhər və rayonlarında, o cümlədən Bakı, Naxçıvan, Şuşa, Gəncə, Mingəçevir, Şirvan, Quba, Sumqayıt, Şamaxı, Biləsuvar və digər bölgələrdə keçirilən təntənəli təqdimat mərasimlərinin qısa xronikası verilir.
Yerli icra hakimiyyəti orqanları, regional mədəniyyət idarələri və digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində təşkil edilən tədbirlərdə şəhid ailələrinə, qazilərə və ziyalılara təqdim olunan kitabların mənəvi əhəmiyyəti vurğulanır. 
 “Heydər Əliyev Xatirə kitabının yaradıcısıdır” kitabı və Vətən müharibəsi qəhrəmanlarına həsr edilən xatirə nəşrlərinin cəmiyyətin, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı mühüm rolu önə çəkilir.
Videoçarxların ideya müəllifi tarixçi-alim, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova, mətnlərin redaktoru “Respublika Xatirə Kitabı”nın baş redaktoru Nəzakət Məmmədovadır. Videoçarxları M.Ş.Vazeh adına Mərkəzi  Kitabxananın əməkdaşı Günay Qululu hazırlamışdır.

Videoçarxlar kitabxananın YouTube kanalında aşağıdakı keçidlərdə yerləşdirilib:

https://www.youtube.com/watch?v=yXxnlS4JMrE

Best coffeeshop in Berlin
https://youtu.be/xFbynmarlAU