Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Paralimpiyaçımız Sona Ağayeva Qahirədə qızıl medal qazanıb 

Misirin paytaxtı Qahirədə paralimpiyaçılar arasında boccia üzrə keçirilən Çellencer turniri Azərbaycan təmsilçisi Sona Ağayeva üçün uğurlu olub. AMPK-dən verilən məlumata görə, BC2 kateqoriyasında çıxış edən bocciaçımız uğurla çıxış edərək turnirin baş mükafatına layiq görülüb. O, həlledici görüşlərdə Monica Kosta (Portuqaliya) və Chloe Sturt (Yeni Zelandiya) üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yeri gəlmişkən, sözügedən turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırıb. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin