Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan güləşçiləri Türkiyə turnirində

Bu gün Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemiçi və Qazanfer Bilgenin xatirə turnirinə start veriləcək. AGF-dən verilən məlumata görə, avqustun 2-dək davam edəcək bu turnirdə Azərbaycan pəhləvanları da iştirak edəcəklər. Məşqçilər Rövşən Bayramov, Rəsul Çəzini və Sabah Şəriətinin rəhbərlik etdiyi yunan-Roma güləşi üzrə yığma komandanın heyətində 12 güləşçi yer alıb.

Məşqçi Atif Abdullayev və Taymuraz Kokkoyevin rəhbərlik etdiyi sərbəst güləş üzrə yığmamızın heyətində isə 11 güləşçi cəmləşib.

Azərbaycan ümumilikdə bu turnirdə iki növdə  23 güləşçi ilə təmsil olunacaq.

Bir məqamı da qeyd edək ki, turnirə ümumi rəhbərliyi isə Dünya Güləş Birliyindən təyinat alan həmyerlimiz, İ-S kateqoriyalı hakim Asif Şirəliyev rəhbərlik edir.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin