Qadın voleybol millimiz Yunanıstan yığmasını 2 fəfə məğib edib
Xəbər verdiyimiz kimi qarşıdakı Avropa çempionatına hazırlaşan qadın voleybol millimiz təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərliyi altında 4 gün öncə Yunanıstanın paytaxtı Afinaya yollanıb. AVF-dən verilən məluta Qədim Ellada torpağında təlim-məşq toplanışını (TMT) davam etdirən yığmamız eyni zamanda yerli komandayla iki yoxlama matçı keçirib. Hər iki oyunda millimiz 3:1 hesabla qalib gəlib.
3:1 (25:17, 25:17, 21:25, 26:24);
3:1 (25:15, 25:23, 19:25, 25:18).
Hazırlıq prosesinin son mərhələsi Bakıda olacaq.
Xatırladaq ki, Avro-2026-ya ev sahibliyi edəcək 4 ölkədən biri olan Azərbaycan millisi çempionatın "C" qrupunda Portuqaliya, Hollandiya, Belçika, Rumıniya və İspaniya yığması ilə qarşılaşacaq. Bu qrupun bütün oyunları Milli Gimnastika Arenasında keçiriləcək.
İNTİQAM Məmmədov


