Hindistan Səfirliyi “Bharat Filmotsav” çərçivəsində “Chak De! India” filminin ödənişsiz nümayişini təşkil edib
Hindistanın Azərbaycandakı Səfirliyi 31 iyul 2026-cı il tarixində məşhur Hindistan idman dramı “Chak De! India” filminin ödənişsiz nümayişini təşkil edib. Nümayiş Səfirliyin məşhur “Bakı Axşamları” mədəniyyət silsiləsi çərçivəsində keçirilən “Bharat Filmotsav” proqramının tərkib hissəsi olub. Tədbirdə Azərbaycan gəncləri, tələbələr, Hindistan icmasının üzvləri və Hindistanın dostları böyük maraqla iştirak ediblər.
AZpress.AZ xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Hindistanın Azərbaycandakı səfiri cənab Abhay Kumar Hindistan kinosunun mədəni diplomatiyanın mühüm vasitələrindən biri olduğunu vurğulayaraq, onun dil, coğrafiya və mədəniyyət sərhədlərini aşaraq ümumbəşəri dəyərləri insanlara çatdırdığını bildirib. Səfir qeyd edib ki, “Chak De! India” sadəcə idman mövzusunda çəkilmiş film deyil, həm də qətiyyət, komanda ruhu, dözümlülük, müxtəliflik, qadınların gücləndirilməsi və milli qürur kimi dəyərləri tərənnüm edir. O vurğulayıb ki, bu dəyərlər xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Səfir həmçinin Hindistan Səfirliyinin kino, ədəbiyyat, musiqi, yoqa, incəsənət, təhsil və insanlararası əlaqələr vasitəsilə mədəni mübadiləni təşviq etmək öhdəliyinə sadiq qaldığını və bunun Hindistan ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq əlaqələrinin daha da dərinləşməsinə töhfə verdiyini bildirib.
İştirakçılar filmin ilhamverici süjetini böyük maraqla izləyərək qadınların gücləndirilməsi, komanda işi, dözümlülük, liderlik və müxtəliflikdə birlik kimi mövzuların verdiyi güclü mesajları yüksək qiymətləndiriblər. Bir çox qonaq Hindistan Səfirliyinin “Bharat Filmotsav” vasitəsilə Hindistan kinosunun ən seçilən nümunələrini Azərbaycan auditoriyasına təqdim etməsini təqdir edib.
Tədbir zamanı qonaqlara Hindistan mətbəxinə məxsus xüsusi qəlyanaltılar təqdim olunub. Bu, tədbirə bayram ab-havası qatmaqla yanaşı, iştirakçılara Hindistanın zəngin kulinariya ənənələrini yaxından tanımaq imkanı yaradıb. Nümayişdən sonra keçirilən səmimi fikir mübadiləsi Hindistan və Azərbaycan xalqları arasında mədəni əlaqələrin və insanlararası münasibətlərin daha da möhkəmlənməsinə töhfə verib.
* * *
ENG:
Embassy of India Organises Free Screening of Chak De! India under Bharat Filmotsav – Baku Evenings Series
The Embassy of India in Azerbaijan organised a free screening of the acclaimed Indian sports drama Chak De! India at the Chancery premises on 31 July 2026. The screening was held as part of the Bharat Filmotsav under the Embassy's popular Baku Evenings cultural series and witnessed enthusiastic participation from Azerbaijani youth, students, members of the Indian community, and friends of India.
Welcoming the audience, Ambassador of India to Azerbaijan, Shri Abhay Kumar, highlighted the power of Indian cinema as an important medium of cultural diplomacy that transcends barriers of language, geography, and culture by conveying universal human values. Referring to Chak De! India, he noted that the film is much more than a sports drama, as it celebrates determination, teamwork, resilience, diversity, women’s empowerment, and national pride. He emphasised that these timeless values are equally relevant in strengthening friendship, mutual understanding, and cooperation among nations. The Ambassador also reaffirmed the Embassy's commitment to promoting cultural exchanges through cinema, literature, music, yoga, art, education, and people-to-people interactions, thereby further deepening the strong bonds between India and Azerbaijan.
The audience thoroughly enjoyed the film's inspiring storyline and appreciated its powerful messages of women’s empowerment, teamwork, resilience, leadership, and unity in diversity. Many participants praised the Embassy's initiative to bring some of the finest works of Indian cinema to Azerbaijani audiences through the Bharat Filmotsav.
Special Indian snacks were served during the event, adding to the festive atmosphere and providing guests with a taste of India's rich culinary traditions. The screening concluded with lively interactions among participants, further strengthening cultural ties and people-to-people connections between India and Azerbaijan.


