Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İbrahim Hdmov Dünya Birinciliyinin finalında

İyulun 27-də Bakıdakı Milli Gimnastika Arenasında 17 yaşlılar (U-17) arasında idman güləşi üzrə startı verilən Dünya Birinciliyi (DB) artıq finişə yaxınlaşıb. DB-nin bu günə təsadüf edən 6-cı günü daha 5 sərbəst güləşçimiz döşək üzərinə çıxaraq medallar mübarizəyə qatılıblar. Beşliyimizdən yalnız biri -  51 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Həsənov inamlı və uğurlu çıxışı ilə yadda qalıb. Qeyd edək ki, birinci mərhələdə sərbəst qaldığı üçün mübarizəyə 1/8 finaldan qatılan güləşçimiz bu mərhələdə gürcüstanlı Qiorqi Nərimanidzeni (4:2), ardından hindistanlı Qovind Qovindi (10:3), yarımfinalda isə Rusiya təmsilçisi İslam Kuraxmayevi (10:6) məğlub edərək adını həlledici finala yazdırıb. Bununla da o, ən pis halda DB-nin gümüş medalını özünə təmin edib. Sabah baş tutacaq finalda güləşçimizin çıxışından asılı olaraq, medalın əyarlı qızıl da ola bilər. Bütün hallarda onu qeyd etmək lazımdır ki, İbrahim Həsənov ölkəmizin ev sahibliyi etdiyi Dünya Birinciliyində yeganə medal qazanan sərbəst güləşçi kimi yadda qalacaq. 

Yeri gəlmişkən, sabahki final və bürünc medal uğrunda keçiriləcək görüşlərlə 7 gün ev sahibliyi etdiyimiz Dünya Birinciliyinə yekun vurulacaq.

Xatırladaq ki, Azərbaycan yığmasının aktivində hazırda 6 (0-3-3) medal var ki, onlar da yunan-Romaçıların payına düşür.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin