Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçilərimiz Türkiyə turnirinin ilk günü 4 medal qazanıblar 

Türkiyənin Kocaeli şəhərində sərbəst və yunan-Roma güləşi üzrə keçirilən və Hasan Gemiçi və Qazanfer Bilgenin xatirəsinə həsr olunan beynəlxalq turnirin start günü Azərbaycan yığması üçün uğurlu olub. Beləki, sərbəst güləş növündə mübarizəyə qatılan Xetaq Karsanov (130 kq) gümüş, Ramik Heybətovsa (70 kq) bürünc medal qazanıb. 

Klassiklərin yarışında isə güləşçimiz Sərxan Məmmədov (130 kq) bütün rəqiblərini məğlub edərək qızıl, onunla eyni çəkidə döşək üzərinə çıxan Beka Kadelaki isə üçüncü yeri tutmaqla bürünc medala layiq görülüb.

Yeri gəlmişkən, ilk üç yeri tutan güləşçilər müvafiq olaraq, 1000, 750 və 500 avrommelafat qazanıblar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin