Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mehri Əbilova: 
QHT-nin uğuru
(FOTO=5)

"Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İctimai Birliyi 2025-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Toxuculuq və ebru sənətinin öyrədilməsi” layihəsini həyata keçirmişdi. Layihənin məqsədi Azərbaycan və digər Türk xalqlarının milli ornamentli toxuculuq və ebru sənətinin öyrədilməsi yolu ilə işsiz, evdar qadınların bu sənət sahələrində peşəkar bacarıqlar qazanaraq məşğulluq imkanlarını artırmaq, mədəni irsimizi yaşatmaq, həmçinin öyrəndikləri sənətlə, əldə etdikləri bacarıqları tətbiq edərək öz məhsullarını bazara təqdim etməyə və tədricən gəlir əldə etməyə nail olmaq idi. Layihənin sonunda layihəyə cəlb olunan tələbələrin əl işlərindən ibarət satış-sərgi də təşkil olundu. Layihənin başa çatmasından 1 il keçməsinə baxmayarq ictimai birliyə təşəkkür məktubları gəlməkdə davam edir. Belə ki, sənət öyrənən xanımlar artıq özləri sərbəst çalışır, ailələrinə dəstək olurlar. Bu da onu göstərir ki, ictimai birlik layihənin icrasında qarşısına qoyduğu məqsədə uğurla nail olub. İştirakçılar məktublarında və ofisə etdikləri müraciətlərdə layihənin davamlı olmasını xahiş edirlər.
Layihənin icrasına dəstək verən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bir daha təşəkkürümüzü bildirir və həmin məktublardan birini diqqətinizə çatdırırıq:
“Hörmətli "Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Zərnişan Azayeva
,
Bu məktubla Sizə dərin hörmətimi və sonsuz minnətdarlığımı bildirmək istəyirəm.
Keçən il işimi itirdikdən sonra həyatımın çox ağır və depressiyalı bir dövrünü yaşayırdım. Elə həmin vaxt sosial şəbəkədə işsiz, evdar,peşə öyrənmək istəyən xanımlar üçün təşkil etdiyiniz "Toxuculuq və Ebru sənətinin öyrədilməsi"  kursu haqqında məlumat gördüm və nə yaxşı ki, qoşulmaq qərarına gəldim. Çünki bu qərar həyatımın müsbət istiqamətə dönüş nöqtəsi oldu.
Dəyərli müəllimimiz rəssam Vüsal Qaraqaşlı bizə ebru sənətini böyük səbr, sevgi və peşəkarlıqla öyrətdi. Hər bir dərsdə öz bilik və təcrübəsini bizimlə bölüşdü, bizi ruhlandırdı və yaradıcılıq potensialımızı üzə çıxarmağımıza kömək etdi. Onun zəhməti sayəsində bu gözəl sənəti sevərək öyrəndim və kursu uğurla başa vurdum. 
Daha sonra "Qrafik dizayn"  üzrə təhsil alarkən diplom layihəmi məhz ebru sənətindən ilhamlanaraq hazırladım.  Yaratdığım şarf brendinə "Ebru" adını verdim və şarfları ebrunun əvəzolunmaz naxıslarıyla bəzədim,  nəticədə "Fərqlənmə Diplomu"na layiq görüldüm. Bu uğurun, həyata keçirdiyim dəyərli layihənin təməlində "Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İB-in rəhbəri olaraq Siz və müəllimimiz Vüsal Qaraqaşlının bizə qazandırdığı bilik və ilham dayanır.
Həyatıma yenidən ümid, inam və məqsəd qazandırdığınız üçün Sizə ürəkdən təşəkkür edirəm. Bu gün əldə etdiyim uğurlarda Sizin əməyinizin böyük payı var və bunu hər zaman minnətdarlıqla xatırlayacağam.
Sizə möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Ümid edirəm ki, Sizin kimi insanların sayəsində mənim kimi daha çox insan öz həyatında yeni başlanğıclar tapacaq.

Dərin hörmət və ehtiramla,
Mehri Əbilova
Bakı şəhəri

Best coffeeshop in Berlin