Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc cüdoçumuz Nilgün Rzayeva AK-da üçüncü olub 

Avqustun 8-də Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc cüdoçular arasında Avropa Kubokuna start verilib. iki gün davam edəcək turnirə Azərbaycan da daxil olmaqla, 34 ölkədən 346 (229 oğlan və 127 qız) qatılıb. ACF-dən verilən məlumata görə, ölkəmiz sözügedən turnirdə böyük məşqçi Saşa Herkenart-Vimarin rəhbərliyi altında 6 çəkidə 13 (4 oğlan və 9 qız) cüdoçu ilə təmsil olunur.

Turnirin ilk günü üç cüdoçumuz tatamiyə çıxaraq medallar uğrunda mübarizə aparıb. Onlardan isə biri - Nilgün Rzayeva (63 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb.

O, bürünc medal uğrunda görüşdə rumıniyalı Maya Adamaçiyə qalib gəlib.

Avqustun 9-da isə daha 10 cüdoçumuz tatamiyə çıxacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin