Rusiya Xarkovu vurdu, ölənlər və yaralananlar var
Rusiya qüvvələri Xarkovun Saltovski rayonuna raket zərbəsi endirib.
AZpress.AZ xəbər verir ki, raket zərbəsi nəticəsində iki nəfər ölüb, 13 nəfər yaralanıb.
Zərbə çoxmərtəbəli binaya dəyib, 7-ci və 10-cu mərtəbələr arasındakı mərtəbələr dağılıb.
Yaxınlıqdakı ofis binasına da ziyan dəyib. Hücumun nəticələri hadisə yerində aradan qaldırılır.


