Boksçularımız Qazaxıstandan qızılla dönüblər
Qazaxıstanın Akmala vilayətinin Qorcaljin şəhərində 15 yaşlı (U-15) məktəbli boksçular arasında keçirilən və Azərbaycanın da (2 boksçu ilə) təmsil olunduğu beynəlxalq turnir başa çatıb.
ABF-dən verilən məlumata görə, turnirdə ölkəmizi məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) cütlüyü təmsil edib. Maraqlıdır ki, sözügedən yarışa qatılan hər iki təmsilçimiz imamla döyüşərək turnirin qalibi olub. Boksçularımız həlledici finalda yerli boksçu ilə döyüşüb və vaxtından əvvəl qalib gəlib.
Məşqçi Etibar Abdullayev isə turnirin ən yaxşı məşqçisi seçilib.
İNTİQAM Məmmədov


