Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc boksçularımız AÇ-də çıxış edəcəklər 

13-21 avqust günlərində Serbiyanın Loznitsa şəhərində 19 yaşlı (U-19) boksçular arasında Avropa çempionatı keçiriləcək. 9 gün davam edəcək bu yarışda Azərbaycan 13 (10 oğlan və 3 qız) boksçu ilə təmsil olunacaq. ABF-dən verilən məlumata görə, ölkəmizi bu yarışda oğlanlardan Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq) və Səfdər Məmmədzadə (+90 kq), qızlardan isə Banuçiçək Nəsirli (48 kq), Gülər Hüseynova (51 kq) və Əminə Tağıyeva (54 kq) triosu təmsil edəcək.

Daha üç həmyerlimiz - Emil Qurbannəyli və Asif Məmmədov turnirdə ədalət qoruyucusu, Anar Bananlı isə referilərin işinə qiymət verən olacaq. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin