Velosipedçimiz Viktoriya Siderenko yenə fərqlənib
Azərbaycanın şose velosipedi üzrə qadınlardan ibarət Elit yığmasının üzvü Viktoriya Siderenko daha bir uğura imza atıb. Qeyd edək ki, hazırda Çin Xalq Respublikasının "Podrus MK Wonens Cycling Team" komandasının heyətində yer alan Siderenko bu dəfə bir mərhələli yarışda fərqlənib. O, finiş xəttini ikinci sırada keçib.
AVİF-dən verilən məlumata görə, o, bundan əvvəl isə eyni komandanın heyətində iki mərhələli yarışda fərqlənə bilmişdi. Yarışın birinci mərhələsində ikinci yeri tutan velosipedçimiz ikinci mərhələdə üçüncü olmuşdur.
Yeri gəlmişkən, Viktoriya bu komandanın heyətində qarşıdakı Avropa çempionatına hazırlaşır. AÇ 2-7 oktyabr günlərində Slovakiyada keçiriləcək.
İNTİQAM Məmmədov


