Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

U-16 millimiz AÇ-yə məğlubiyyətlə başlayıb 

Avqustun 10-da Slovakiyanın Trnava bölgəsində 16 yaşlı qızlar (U-16) arasında basketbol üzrə Avropa çempionatının (FİBA U-16 Qadınlararası Eurobasket) B dvizionunda qrup oyunlarına start verilib. Çempionatın A qrupunda yer alan Azərbaycan millisi ilk matçını ev sahibinə qarşı keçirib. Görüşün üçüncü hissəsindən sonra millimiz hesabda (45:42) irəlidə olsa da, sonda meydanı məğlub durumda tərk edib - 50:59. 

Matçda Azərbaycan millisinin heyətində ən yaxşı oyunçu adına Viktoriya Ulyanova (17 xal, 4 ribaund və 7 toplama) layiq görülüb.

Digər oyunçulara gəlincə, Zeynəb Zeytungöz 10 xalla, Günel Məmmədli 9 xal, 6 ribaund və 13 effektivlik xalı, Aylin Əkbərzadə isə 7 xal, 4 ribaund və 2 toplama ilə yadda qalıb.

Millimiz bu gün qrupda ikinci və sonuncu matçını saat 21:00-da  İsveçə qarşı keçirəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin