Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

DÇ-ya gedəcək cüdoçularla ACF-də görüş keçirilib

Xəbər verdiyimiz kimi, 20-23 avqust günlərində Ekvadorun Quayaki şəhərində yeniyetmə cüdoçular arasında dünya çempionatı keçiriləcək. Mundialın startına bir həftə qalır. Artıq çempionatda iştirak edəcək komandamızın heyəti də müəyyənləşib. Yeri gəlmişkən, ölkəmiz sözügedən yarışda 9 çəki dərəcəsində 14 (10 oğlan və 4 qız) cüdoçu ilə təmsil olunacaq. 

Qarşıdakı DÇ ilə bağlı bu gün Azərbaycan Cüdo Federasiyasında cüdoçularla sözügedən qurum rəhbərliyi arasında görüş keçirilib.Görüşdə, federasiyanın icraçı vitse-prezidenti Rəsad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov və eləcə də yığmanın məşqçilər korpusu iştirak edib.

Görüşdə cüdoçularımızın çempionatda uğurla çıxış edəcəklərinə inam bildirən federasiya rəhbərliyi tərəfindən, həm də onlara yarışla bağlı lazımi tövsiyələr verilib. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin