Mahir Süleymanov:
AĞIR İTKİ...
Ömrünü təməldən futbolçu yetişdirməyə həsr etmiş məşqçi Elbrus Rzayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Onu hələ gənc yaşlarından tanısaq da, daha yaxından münasibətimiz Bakı Futbol Federasiyasının təşkil etdiyi "Sabahın Ulduzları" paytaxt çempionatlarında yaranıb. Elbrus müəllimin "Xudafərin" komandası həmişə ən güclülərə layiqli rəqib olub. Məhz məşqçilik bacarığına görə ölkənin ən titullu klublarından olan "Qarabağ"da işlə təmin edilib. Hazırladığı futbolçular "Sabahın Ulduzları" yarışlarında 1-ci, 2-ci və 3-cü dərəcəli mükafatlara layiq görülüb. Təmkin Xəlilzadə, Mahir Emreli, Ehtiram Şahverdiyev, Rövlan Muradov, Kənan Manafov, Elnur Süleymanov, Pərviz Qaraxanov və bir çox digər futbolçunun yetişməsində və inkişafında Elbrus Rzayevin əməyi danılmazdır.
Elbrus müəllimin vaxtsız haqq dünyasına qovuşmasından kədərlənir və mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin, yeri cənnətlik olsun!


