Kişi çimərlik voleybolu komandamız Türkiyədə birinci olub
Türkiyənin Tekirdağ bölgəsində kişi və qadınlar arasında çimərlik voleybolu üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib. AVF-dən verilən məlumata görə, ölkəmizi kişilər arasında İbrahim Məmmədov/Məhəmməd Aslanlı, qadınların yarışında isə Səbinə Əlizadə/Leyla Əliyeva cütlüyü təmsil edib. Kişi komandamız 16 komanda arasında birinci, qadın duetimiz isə 4-cü yeri tutub.
Yeri gəlmişkən, hər iki cütlüyümüz bu turnirin ardından Türkiyənin Çatalağa şəhərində keçiriləcək analoji turnirdə iştirak edəcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



