Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc və yeniyetmə atletlərimiz AÇ-da iştirak edəcəklər 

20-27 avqust günlərində Kosovonun Priştina şəhərində 15 yaşlı (U-15) və yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. 8 gün davam edəcək bu çempionatda Azərbaycan atletləri də körpücük üzərinə çıxaraq öz bacarıqlarını nümayiş etdirəcəklər.

Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, ölkəmiz sözügedən turnirdə baş məşqçi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramovun rəhbərliyi altında 3-ü qız, 8-i oğlan olmaqla 11 idmançı ilə təmsil olunacaq. Qızların yarışında Şəbnəm Həsənzadə, Nuray Əbilova (hər ikisi 49 kq) və Hənifə Məhərrəmli (61 kq) çıxış edəcək.

Oğlanlar arasında isə təmsilçilərimizdən Məhəmməd Rüstəmli (55 kq), İsa Hüseynov (60 kq), Musab Məhəmmədtağıyev, Kamran Xarrayev (hər ikisi 70 kq), Lətif Əliyev, Hüseyn Hüseynov (hər ikisi 75 kq), Fəxrəddin Allahverdiyev və Elcan Əliyev (hər ikisi 85;kq) mübarizə aparacaq.

Daha iki həmyerlimiz - Kənan Mustafayev və Səbinə Rzayeva isə hakimlər arasında yer alacaq.

İNTİQAM Məmmədov 

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111