Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 DQS-nın "Sea Brreze" mərhələsi keçiriləcək

15-16 avqust günlərində 3x3 basketolu üzrə Dünya Qadın Seriyasının "Ses Breeze" mərhələsi keçiriləcək. Ölkəmizdə keçirilməklə iki gün davam edəcək bu turnirdə ev sahibi Azərbaycan millisi və Azərbaycan təmsilçisi "Neftçi SOKAR" klubu da daxil olmaqla 16 kollektiv (yığma və klub) mübarizə aparacaq.

Yığmalar sırasında Hollandiya, Almaniya, Avstriya, Latviya, Çexiya, Ukrayna, Polşa, Paraqvay, Misir və Benim, klublardan isə "Madrid" (İspaniya), "Janqjin" (Çin), "Varşava" (Polşa) və "Arraste Ointxe" (İspaniya) mübarizə aparacaq.

Günün birinci yarısı təsnifat oyunları, günün ikinci yarısında isə qrup oyunları keçiriləcək.

Millimiz təsnifat mərhələsində ilk olaraq "Arrasate" ilə (15:50-də), ardından isə "Yanqjinq"lə (17:40) üzləşəcək. Reqlamentə görə, qruplarda (4 qrup) ilk iki yeri tutan komandalar 1/4 finaldan mübarizəni davam etdirəcəklər. 

Avqustun 16-da turnirdə 1/4, 1/2 oyunları və həlledici final görüşü keçiriləcək.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111