"Neftçi SOKAR" DQS-nın "Ses Breeze" mərhələsində büdrəyib
Çempion isə Hollandiya millisi olub
15-16 avqust günlərində Bakının "Sea Breeze" istirahət mərkəzində 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının növbəti mərhələ yarışı keçirilib. İki günlük yarışda Azərbaycan millisi və "Neftçi SOKAR" klubu da daxil olmaqla 16 kollektiv (yığma və klub) medallar uğrunda mübarizə aparıb. Xatırladaq ki, mübarizəyə təsnifat mərhələsindən qatılan millimiz Misir (7:21) və Ukrayna (5:14) yığmasına uduzaraq, Mübarizənin erkən dayandırıb.
Millimizdən fərqli olaraq, mübarizəyə qrup (B) mərhələsindən qatılan "Neftçi SOKAR" klubu isə qrupda keçirdiyi hər iki oyunda qalib gələrək, qrup lideri kimi 1/4 finala yüksəlib. Təəssüflər olsun ki, adıçəkilən klubumuz 1/4-də "Madrid" (İspaniya) təmsilçisi ilə bacarmayıb və bu mərhələdə turnirlə vidalaşıb - 12:14.
Turnirin qalibi adını isə həlledici finalda məhz "Madrid"i (13:18) məğlub edən Hollandiya millisi qazanıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



