Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qızlardan ibarət U-16 basketbol millimiz AÇ-da beşinci olub

Slovakiyanın Trnava bölgəsində 16 yaşıl (U-16) qızlar arasında basketbol üzrə keçirilən Avropa çempionatının (FİBA U-16 Qadınlararası Eurobasket) B dvizionunda yarışlara yekun vurulub. Çempionatda iştirak edən Azərbaycan yığması qazandığı iki qələbə sayəsində çıxışını 5-ci yerdə bitirib.

Xatırladaq ki, yer aldığı qrupda keçirdiyi hər iki oyunda məğlub olaraq qrupda sonuncu yeri tutan millimiz çempionatda 5-7-ci yerlər uğrunda mübarizə aparıb. Maraqlıdır ki, bu yerlər uğrunda keçirdiyi hər iki oyunda millimiz qalib gəlib. Əvvəlcə Bosniya və Herseqovina üzərində 78:65 hesabla qalib gələn millimiz ardından Kipr komandasını üstələyib - 70:58. 

Son qarşılaşmanın ən yaxşı oyunçusu adına millimizin üzvü Aylin Niftəliyeva layiq görülüb. O, 17 xal, 16 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər oyunçularımıza gəlincə, Qalina Quşina 18 xal, 6 ribaund və 2 toplama imza atıb.

Aylin Ələkbərzadə 13 xal, 12 məhsuldar ötürmə və 4 yoplmla, Viktoriya Ulyanova isə 11 xal, 7 ribaund və 3 toplamla diqqət çəkib.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111