Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçimiz Cavidan Nehmetov DÇ-nın finalına yüksəlib

Avqustun 16-da Slovakiyanın paytaxtı Bratislavada 20 yaşıl (U-20) gənclər arasında idman güləşi üzrə dünya çempionatına (DÇ) start verilib. Yunan-Romaçıların cıxışı ilə başlayan mundialın ilk günü çəkisi 63, 77, 87 və 130 kq olan güləşçilər mübarizəyə qatılıblar.

Bu şəkillərdə ölkəmizi təmsil edən güləşçilərdən yalnız Cavidan Nehmetov (77 kq) uğurla çıxış edərək finala yüksəlib və ən azından mundialın gümüş medalını özünə təmin edib. O, bu gün həlledici finalda erməni güləşçi Samvel Terteryanla qarşılaşacaq.

Daha bir təmsilçimiz - 1/4 finalda özbək rəqibinə uduzan Tural Əhmədov (63 kq) isə bu gün təsəlliverici görüşlərlə bürünc medal uğrunda mübarizə aparacaq.

Digər iki təmsilçimiz - Orxan Hacıyevlə (87 kq) ilə Mikayıl İsmayılov (130 kq) isə stardaca uduzub. Birinci "tuş"la, ikinci isə xal prinsipi (1:1) ilə məğlub olub. 

Bu gün isə daha 4 yunan-Romaçımız mübarizəyə qatılacaq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111