Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qubada "Ulduz Cup-2026" beynəlxalq futbol turniri keçiriləcək 

24-27 avqust günlərində Quba Olimpiya İdman Kompleksində 2015-ci il təvəllüdlü oğlanlar arasında futbol üzrə sayca üçüncü olan növbəti "Ulduz Cup-2026" ənənəvi beynəlxalq turnir keçiriləcək. Gənclər və idman Nazirliyi (GİN), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək bu turnirdə 7 ölkəni təmsil edən 12 klub mübarizə aparacaq. Bu 12-likdə "Ulduz " FA, "Zirə" FK, "Sabah" FK, "Qarabağ" FK, "Neftçi" PFK (hamısı Azərbaycan), "Paxrtakor" FK, "Bunyodkor" FK (hər ikisi Özbəkistan), "Dinamo Tbilisi" FK (Gürcüstan), "Drukarz" (Polşa),"Altın Tac" (Türkmənistan), "Sdişirsu" FK (Qırğızıstan) və "Kayrat" FK (Qazaxıstan) yer alıb.

Yeri gəlmişkən, ilk dəfə keçirilən "Ulduz Cup-2024"-də qalib adını "Dinamo Minsk" (Belarus) qazanıb. "Ulduz" FA ikinci, "Bunyodkor" (Özbəkistan) isə üçüncü yeri tutub.

İkinci dəfə keçirilən "Ulduz Cup - 2025"-də isə ilk üç yeri müvafiq ardıcıllıqla "Neftçi" PFK, "Paxrtakor" FK və "Dinamo Tbilisi" bölüşüb.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111