Yeniyetmə cüdoçuların DB başlayır
Bu gün Ekvadorun Quayakil şəhərində yeniyetmə cüdoçular arasında Dünya Birinciliyinə (DB) start veriləcək. Avqustun 23-dək davam edəcək bu yarışda Azərbaycan 9 çəkidə 14 (10 oğlan və 4 qız) cüdoçu ilə təmsil olunacaq.
Bu gün səhər saatlarında birinciliyin püşkatma mərasimi keçirilib və cüdoçuların ilkin rəqibləri bəlli olub. Qeyd edək ki, təsnifat yarışlarına saat 19:00-da start veriləcək. Final bloku (medal görüşləri ) isə gecə saatlarında 02:00-da başlanacaq.
Yeri gəlmişkən, Azərbaycan millisinin heyətində qızlardan Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi 40 kq) Pərvin Sevxanll (44 kq) və Könül Eyvazlı (48 kq), oğlanlardan isə Fərid Rzazadə (50 kq), Fərid Xudiyev, İbrahim Talıbov (hər ikisi 55 kq), İlkin Qarayev (66 kq), Yusif Nəzər, Sadiq Məmmədov (hər ikisi 73 kq), Ayxan Həsənli, Yaqub Məmmədov (hər ikisi 81 kq), Ömər Axundov və Nurəddin Əliyev (hər ikisi 90 kq) yer alıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



