Toy günü bəyi aliment borcuna görə saxladılar
Rusiyanın Xakasya Respublikasında məhkəmə icraçıları aliment borcuna görə bəyin öz toyuna gələrək onu saxlayıblar. Bəyin şahidinin də aliment borclusu olduğu məlum olub.
Hadisə Çernoqorsk şəhərində baş verib.
Nikah rəsmiləşdirildikdən sonra yeni evlənən cütlük və qonaqlar fotosessiyaya hazırlaşarkən məhkəmə icraçıları onlara yaxınlaşıb. Əməkdaşlar əvvəlcə cütlüyü təbrik etsələr də, daha sonra bəyə aliment borcu olduğunu xatırladaraq onu saxlayıblar.
Məlumata görə, kişinin iki qızına ümumilikdə 550 min rubl aliment borcu var. O, borclular reyestrinə daxil edilib və valideynlik öhdəliklərini yerinə yetirmədiyi üçün axtarışda olub. Kişi daha əvvəl də inzibati məsuliyyətə cəlb edilib. Hazırda onun barəsində cinayət işinin başlanılması məsələsinə baxılır.
Araşdırma zamanı bəyin şahidinin də aliment ödəmədiyi üzə çıxıb. Onun 12 yaşlı qızına 580 min rubl borcu olduğu bildirilib. Hər iki şəxsin rəsmi iş yerinin olmadığı qeyd olunub.
Məhkəmə icraçıları şahiddən izahat alaraq onu aliment ödəməkdən yayınacağı təqdirdə bir ilədək azadlıqdan məhrumetmə cəzası da daxil olmaqla cinayət məsuliyyətinin yarana biləcəyi barədə xəbərdar ediblər.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



