Azərbaycan AÇ-yə qələbəylə başlayıb
Avqustun 21-də qadın voleybolçular arasında sayca 34-cü olan Avropa çempionatına (CEV Trendyol EuroVolley 2026 Women) C qrupunda yer alan və qrupun bütün oyunlarına ev sahibliyi edən Azərbaycan millisinin Portuqaliya yığmasına qarşı oyunu ilə start verilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən görüş sayca 11-ci dəfə çempionata qatılan Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 3:1.
Matçın bərabər səviyyədə və xalaxal prinsipi ilə keçən ilk setində Faiq Qarayevin yetirmələri 3 xal fərqiylə üstün olublar - 25:22.
Portogezlərin fəallığı ilə başlayan ikinci set onların qələbəsi ilə də bitib - 23:25.
Qarşılaşmanın üçüncü seti daha dramatik məcrada keçib. Setin əvvəlindən təşəbbüsü ələ alan Azərbaycan millisi əvvəlcə 6:0, sonradan isə 11:1 hesabı ilə irəlidə olub. Lakin gözlənilmədən oyunun gedişi dəyişib (11:2, 11:3, 12:4,.... 13:5, 13:6, .. 14:6, 14:7, 14:8, 14:9, .... 17:15, 17:17, 18:18, 18:19, 18:20) və sonra bir qədər xalaxal prinsipi davam edib (21:21, 21:23, 23:23, 24:23, 24:24, 25:25), nəhayət ki, sonluq millimizin üstünlüyü ilə keçib (26:25, 27:25) və voleybolçularımız ümumi hesabda irəli çıxıblar - 2:1.
Matçda 4-cü set həlledici olub. Setin ortalarında etibarən üstünlük qazanan (5:13, 26:13, 18:5, 19:,16, 21:16) millimiz sonluğu üstün durumda bitirməyi bacarıb - 25:20.
Millimiz növbəti matçını avqustun 23-də saat 18:30-da İspaniyaya qarşı keçirəcək.
Avqustun 22-də isə C qrupunda daha iki oyun keçiriləcək.
Saat 15:30. Belçika - İspaniya;
Saat 18 30. Rumıniya - Hollandiya.
Xatırladaq ki, reqlamentə görə, qrup mərhələsini ilk 4 yerdə bitirən komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.
C qrupunda oyunlara avqustun 28-də, çempionata isə sentyabrın 6-da Türkiyədə yekun vurulacaq.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



