Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Özbəkistanda yeni əlifba layihəsi

Türk dünyasında əlifba birliyinə nail olmaq üçün Özbəkistanın uzun müddətdir irəli sürdüyü təşəbbüslər öz bəhrəsini verib. Belə ki, Özbəkistan Senatı mövcud Latın əlifbasının dəyişdirilməsini nəzərdə tutan qanun qəbul edib. Qaydalara əsasən, hazırda əlifbada istifadə olunan "o", "g", "sh" və "ch" hərfləri “ö”, “ğ”, “ş” və “ç” hərfləri ilə əvəz olunacaq. Yeni əlifba 28 hərfdən və apostrofdan ibarətdir. Beləliklə, özbək əlifbası, latın əlifbasından istifadə edən türk dünyasındakı əlifbalara daha da yaxınlaşacaq. Senat tərəfindən qəbul edilən qanunvericilik artıq təsdiq üçün Prezident Şavkat Mirziyoyevə təqdim ediləcək. Onun imzasından sonra yeni əlifba qüvvəyə minəcək. Bunun üçün rəsmi sənədlər, pul vahidi, lövhələr və hələ də mövcud əlifbadan istifadə edən bəzi institusional elementlər üçün keçid dövrü tətbiq olunacaq.

Bundan başqa, ölkədə təhsil sahəsində də dəyişikliyin tədricən həyata keçirilməsi planlaşdırılır; dərsliklərin 2027-2031-ci illər arasında birinci siniflərdən başlayaraq yenilənməsi gözlənilir.

 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111