AIDA və TİKA arasında Anlaşma Memorandumu imzalanıb +FOTO=9
Sentyabrın 10-da Bakıda Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfrans keçirilib.
Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd iki qurum arasında inkişaf əməkdaşlığının genişləndirilməsini, birgə layihələrin həyata keçirilməsini, təcrübə və bilik mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.
Anlaşma Memorandumu Azərbaycan və Türkiyənin beynəlxalq inkişaf sahəsində əməkdaşlığının daha da möhkəmləndirilməsinə və tərəfdaş ölkələrdə birgə fəaliyyətin genişləndirilməsinə xidmət edəcək.
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren isə öz növbəsində Azərbaycanın COP29 sədrliyi dövründə inkişaf etməkdə olan ölkələri qlobal gündəliyin mərkəzinə gətirdiyini və iqlim maliyyələşdirilməsi üzrə yeni qlobal məqsədin müəyyənləşdirilməsinə mühüm töhfə verdiyini deyib.
O, COP31-ə ev sahibliyi edəcək Türkiyənin Azərbaycanın təcrübəsini davam etdirəcəyini bildirib:
“Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi və TİKA arasında imzalanan Anlaşma Memorandumu Azərbaycanın və Türkiyənin inkişaf əməkdaşlığı sahəsində uzunmüddətli tərəfdaşlığının institusional əsaslarını daha da gücləndirir”, deyə A.Eren əlavə edib.
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin rəhbəri Dima Əl Xatib isə konfransa video müraciət ünvanlayıb.
Çıxışlardan sonra qrant proqramı vasitəsilə təhsil alan tələbələrin mükafatlandırma mərasimi keçirilib.
Daha sonra AİDA ilə TİKA arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və TİKA rəhbəri Abdullah Eren imzalayıblar.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



