U-16 basketbol millimiz də Türkiyədə ikinci olub
Türkiyənin Yalova şəhərində 14 yaşlı (U-14) oğlan basketbolçuların ardından elə həmin məkanda 16 yaşıllar (U-16) arasında "EVOQ Challenge Cup Rze Season Yalova" beynəlxalq turnir keçirilib. Maraqlıdır ki, U-14 millimiz kimi U-16 millimiz də 3 qələbə və 1 məğlubiyyətlə turnirdəki çıxışını ikinci yerdə başa vurub.
ABF-dən verilən məlumata görə millimizin məğlubiyyətlə üzləşdiyi son oyun daha maraqlı və gərgin keçib. Belə ki, matçın gedişində 21:47 hesabla geridə qalan millimiz əvvəlcə bərabərlik yaradıb, sonra isə hesabda irəli çıxmağı bacarıb. Təəssüflər olsun ki, U-16-mız bu üstünlüyü sona qədər qoruya bilməyib və minimal hesabla uduzub - 69:73.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



