Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rinq ustalarımız AÇ-da yarışacaqlar 

17-25 sentyabr günlərində Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında Avropa çempionatı keçiriləcək. 9 gün davam edəcək bu çempionatda Azərbaycan biri qadın olmaqla, 11 rinq ustası ilə təmsil olunacaq.

ABF-dən verilən məlumata görə, baş məşqçisi Ravşan Xocayev, məşqçiləri isə Nəriman Abdullayev, Etibar Abdullayev və Mehman Quliyev olan kişi komandamız yarışa tam heyətlə (10 çəkidə, 10 boksçu) qatılacaq. Heyətdə dünya çempionu Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (85 kq),  Rauf Rəhimov (90 kq) və Məhəmməd Abdullayev (+90 kq) yer alıb.

Məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında AÇ-yə qatılacaq qadın komandanın heyətinə isə yalnız Zeynəb Rəhimova (51 kq) cəlb edilib.

40 ölkəni təmsil edən 400 boksçunun qatılacağı çempionatda daha bir həmyerlimiz - beynəlxalq dərəcəli hakim Anar Bananlı da iştirak edəcək. 

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111