Burhanettin Duran:
Türk dövlətləri media sahəsində əməkdaşlığı daha da gücləndirməlidir
“Türk dövlətləri media və təhsil sahəsində əməkdaşlığı daha da gücləndirməli, məlumat və təcrübə mübadiləsini artırmalı, ortaq platformaları inkişaf etdirməlidir”.
Bunu Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanı Burhanettin Duran Bakıda keçirilən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel iclasının iştirakçılarına videomüraciətində deyib.
O bildirib ki, dezinformasiya, nifrət məzmunu və rəqəmsal manipulyasiya cəmiyyətlərin sabitliyini və əmin-amanlığını təhdid edir: “Bu səbəbdən türk dövlətləri olaraq media və təhsil sahəsində əməkdaşlığımızı daha da gücləndirməli, məlumat və təcrübə mübadiləsini artırmalı, ortaq platformalar inkişaf etdirməli və xüsusilə böhran dövrləri üçün peşəkar hazırlığı gücləndirməliyik”.
İletişim Başqanı ortaq mədəni irsin və sivilizasiya yaddaşının rəqəmsal dünyada daha görünən və təsirli hala gətirilməsinin də böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, süni intellekt və yeni media texnologiyaları yalnız izlənilən inkişaflar deyil, türk dövlətlərinin birlikdə istiqamət verməli olduğu sahələrdir.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



