Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında

Bu gün Özbəkistanın Səmərqənd şəhərində kişi və qadınlar arasında sayca 46-cı olan Ümümdünya Şahmat Olimpiadasına start veriləcək. Qeyd edək ki, sentyabrın 27-dək davam edəcək bu turnirdə Azərbaycan (kişi və qadın) da daxil olmaqla 208 ölkədən 1032 şahmatçı mübarizə aparacaq.

Azərbaycanın kişilərdən ibarət komandasının heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli, qadin yığmamızın heyətində isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova yer alıb. İsveçrə sistemi üzrə keçirilən turnir 11 tutdan ibarət olacaq.

 Yeri gəlmişkən, kişi millimiz ilk turda Mərakeşlə, zəriflərimiz isə Qvatemala komandsıyla qarşılaşacaq.

Bir məqamı da qeyd edək ki, kişi komandamızin heyətində Şəhriyar Məmmədyarov, qadın millimizdən isə Ülviyyə Fətəliyeva ilk turda oynamayacaq.

İNTİQAM Məmmədov

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111