Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qarabağda üçrəngli bayrağın əbədi ucalığı

 

        Azərbaycanın müasir tarixində Qarabağ məsələsi ölkənin ərazi bütövlüyü və dövlət suverenliyi ilə bağlı uzun illər davam edən mürəkkəb problemlərdən biri olmuşdur. 2020-ci il 44 günlük  Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticələr əldə edilmiş, lakin Qarabağ iqtisadi rayonunda qanunsuz silahlı birləşmələrin mövcudluğu və hərbi təxribatların davam etməsi bölgədə sabitlik üçün ciddi maneə olaraq qalmaqda idi. Bu şəraitdə Azərbaycan dövlətinin əsas məqsədlərindən biri Qarabağda konstitusiya quruluşunun və dövlət idarəçiliyinin tam bərpasını təmin etmək idi. 2023-cü ilin sentyabrına qədər bölgədə mövcud olan qanunsuz silahlı birləşmələr və separatçı rejim Azərbaycanın suverenliyinin tam təmin olunmasına mane olurdu. 
      2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin bərpasını təmin etdi. Bununla da uzun illər ərzində ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri olan ərazi bütövlüyünün tam bərpası reallığa çevrildi. Məhz bu tarix Azərbaycan dövlətinin öz ərazisində konstitusiya quruluşunu və qanunun aliliyini təmin etməsinin, separatizmin və qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulmasının təcəssümüdür.
       Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Üçrəngli bayrağın Qarabağda dalğalanması xalqımızın onilliklər boyu davam edən arzusunun gerçəkləşməsi ilə yanaşı, dövlət suverenliyinin təsdiqinə çevrildi. Bu məqsədin reallaşması uzun illər ərzində aparılan ardıcıl siyasi, diplomatik, iqtisadi və hərbi fəaliyyətin məntiqi nəticəsi idi. 
        Azərbaycan Prezidentinin 2024-cü il sərəncamında da 19 sentyabr 2023-cü ildə başlayan əməliyyatın nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa edildiyi qeyd olunur.  Beləliklə, 19–20 sentyabr 2023-cü il hadisələri 2020-ci ildə əldə edilmiş Zəfərin məntiqi davamı olaraq Qarabağda Azərbaycanın dövlət hakimiyyətinin və konstitusiya quruluşunun bərpası prosesinin mühüm mərhələsini təşkil etdi. Bu hadisədən sonra Qarabağda dövlət idarəçiliyinin formalaşdırılması, ərazilərin sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastrukturun yenidən qurulması və əhalinin təhlükəsiz yaşayışının təşkili istiqamətində yeni mərhələ başladı. Bu torpaqlarda üçrəngli Azərbaycan bayrağının dalğalanması ölkənin ərazi bütövlüyünün və dövlət suverenliyinin rəmzi kimi tarixə həkk olunmuşdur. Zaman keçdikcə bu tarixi günün mahiyyəti, onun daşıdığı milli və dövlətçilik dəyərləri gələcək nəsillərin yaddaşında yaşayacaqdır.


Əntiqə TAĞIYEVA, 
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,YAP Masallı rayon təşkilatının fəal üzvü

 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111