Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gülüstan Sarayında Türk Dünyasının Zirvəsi +FOTO=23

Tarixi və memarlıq əzəməti ilə tanınan Bakının Gülüstan sarayı sentyabrın 16-da Türk Dövlətləri Təşkilatının (TDT) aparıcı milli analitik mərkəzlərinin II Beynəlxalq Konfransı kimi mühüm bir tədbirə ev sahibliyi etdi.

AZpress.AZ xəbər verir ki, Xəzərin sahilində yerləşən bu möhtəşəm saray növbəti dəfə Türk dünyasının strateji tərəfdaşlığının, intellektual dialoqunun və ortaq gələcək vizyonunun mərkəzinə çevrildi.

 

Konfransın əsas məqsədi TDT-yə üzv ölkələrin aparıcı tədqiqat və analitik mərkəzlərini bir araya gətirərək, regionda baş verən geopolitik və iqtisadi prosesləri müzakirə etmək, eləcə də ortaq strategiyalar formalaşdırmaq idi. Görüşdə nəqliyyat-logistika dəhlizlərinin inkişafı, enerjinin təhlükəsizliyi, rəqəmsal transformasiya, təhlükəsizlik və mədəni-inteqrasiya kimi vacib istiqamətlər diqqət mərkəzində saxlanıldı. Ekspertlər və rəsmi nümayəndələr Türk dünyasının qlobal arenada artan rolunu vurğulayaraq, beyin mərkəzlərinin birgə fəaliyyətinin qərarların qəbulu prosesində necə mühüm baza rolunu oynadığını qeyd etdilər.

 

Tədbirin rəsmi və elmi hissəsi ilə yanaşı, bədii hissəsi də xüsusi estetik ruhu ilə seçildi. Proqram çərçivəsində Türk xalqlarına məxsus zəngin musiqi nömrələri və milli musiqi nümunələri nümayiş olundu. Musiqinin birləşdirici gücü strateji dialoqa xüsusi bir istilik və ruh qatdı.

 

Azərbaycanın ev sahibliyi ilə həyata keçirilən bu tədbir bir daha göstərdi ki, Bakı Türk dünyasının ideoloji və strateji mərkəzlərindən biridir. Bu tədbir göstərdi ki, Türk Dövlətləri Təşkilatı yalnız siyasi və iqtisadi müstəvidə deyil, elmi-analitik və fikri müstəvidə də dərin inteqrasiya yolundadır.

 

Türk Dövlətləri Təşkilatı (TDT) müasir beynəlxalq münasibətlər sistemində sürətlə güclənən və geopolitik çəkisi artan mühüm regional platformadır. 

Azərbaycan üçün TDT-nin missiyasının əsas sütunlarından birini siyasi və təhlükəsizlik sahəsindəki həmrəylik təşkil edir. TDT-nin missiyası Azərbaycan üçün həm tarixi köklərə qayıdış, həm də qlobal müstəvidə güclü, müstəqil və rifah dolu bir gələcəyin inşası deməkdir. Bakının bu təşkilatda oynadığı aparıcı rol Türk dünyasının ideoloji və strateji mərkəzi kimi Azərbaycanın nüfuzunu daha da yüksəldir.

 

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "Bizim ailəmiz Türk dünyasıdır". Bu baxımdan TDT Azərbaycan üçün sıradan bir beynəlxalq təşkilat deyil, xarici siyasətin prioritet istiqamətidir.

Xeyransa İsmayılova

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111