Şahmatçıların 46-cı Olimpiadası davam edir
Dünən Özbəkistanın Səmərqənd şəhərində kişi və qadınlar arasında startı verilən və sayca 46-cı olan Ümümdünya Şahmat Olimpiadası davam edir. Azərbaycan da daxil olmaqla 138 kişi və 149 qadın komandasının heyətində 1032 şahmatçının yer aldığı bu möhtəşəm yarışda bu gün ikinci turun oyunları keçiriləcək. Hesabat turunda kişi komandamız Filippin, qadın millimiz isə Danimarka yığması ilə qarşılaşacaq. Dünya reytinq cədvəlindəki (7-ci yer) mövqeyinə görə hər iki komandamız cütün reytinq favoriti hesab olunur.
Heyətə gəlincə bu gün kişi millimizin heyətində Şəhriyar Məmmədyarov (2720 reytinq xalı), Aydın Süleymanlı (2664), Məhəmməd Muradlı (2653) və Eltac Səfərli yer alıb. Şahmatçılarmız ayrı-ayrılıqda da hərə öz rəqibi ilə müqayisədə reytinq favoritdir.
Danimarkaya qarşı oyuna çıxacaq qadın yığmamızın heyəti belədir: Ülviyyə Fətəliyeva (2402), Günay Məmmədzadə (2351), Xanım Balacayeva (2356) və Gülnar Məmmədova (2311).
Qeyd edək ki, reytinq cədvəlində 53-cü olan Danimarka yığmasının üzvləri də reytinq baxımından Azərbaycan şahmatçılarından xeyli gegidədirlər. Fətəliyevanın rəqibinin 2107, digərlərininki isə müvafiq ardıcıllıqla 2088, 2041 və 2007 reytinq xalı var.
Xatırladaq ki, ilk turda kişi komandamız Mərakeş, qadın millimiz isə Qvatemala üzərində 4:0 hesablı qələbə qazanıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



