Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türk iş adamının idarə etdiyi təyyarə qəzaya uğradı

Türkiyəli iş adamı Mehmet Çankayanın idarə etdiyi təyyarə 13 sentyabr tarixində Kolumbiyada radarlardan itib. 

Təyyarənin Kondoto şəhərindəki Mandinqa hava limanından qalxaraq Boqotadakı Quaymarra hava limanına getdiyi və Çankayadan əlavə, göyərtədə 4 Kolumbiya vətəndaşının da olduğu bildirilib.

Kolumbiya axtarış-xilasetmə qrupları təyyarənin yeri müəyyən edildikdən təxminən üç gün sonra çətin ərazidə quru yolu ilə dağıntılara çatıblar.

Kolumbiya Mülki Aviasiya İdarəsi və xilasetmə qrupları təyyarənin Risaralda bölgəsindəki təxminən 9000 fut yüksəklikdə dağlıq ərazidə qəzaya uğradığını müəyyən edib. Həmçinin bildirilib ki, təyyarə radarlardan itdikdən sonra ərazidəki təcili radio ötürücü (ELT) işə düşüb.

Qəza yerinə yolla çatmaq mümkün olmadığı üçün xilasetmə qruplarının hava yolu ilə daşınması planlaşdırılıb, lakin kələ-kötür və dik ərazi birbaşa havadan enişin qarşısını alıb. 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111