Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü tədbiri keçirilib +FOTO=5

Türkiyə-Azərbaycan Universitetində (TAU) 2026/2027-ci tədris ilinin başlanmasına həsr olunmuş Bilik Günü tədbiri keçirilib.

AZpress.AZ xəbər verir ki,tədbirdə TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və TÜİB Katibliyi iştirak edib. Hüseyin Büyükfırat tədbirdə çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə tələbə və professor-müəllim heyətini təbrik edib, Azərbaycan və Türkiyə arasında təhsil, elm və insan kapitalı sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Tədbirin əvvəlində Azərbaycan və Türkiyənin böyük liderləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram ifadə olunub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

TAU-nun rektoru dos. Nəcibə Nəsibova yeni tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edib. Qeyd olunub ki, iki dövlət başçısının təşəbbüsü ilə yaradılan universitet Azərbaycan gənclərinə ölkə xaricinə getmədən Türkiyənin aparıcı ali təhsil müəssisələri – Orta Doğu Texnik Universiteti (ODTÜ), İstanbul Texnik Universiteti (İTÜ) və Hacettepe Universitetinin akademik təcrübəsindən yararlanmaq imkanı verir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov çıxışında inkişaf etmiş ölkələrin əsas aparıcı qüvvəsinin universitetlər olduğunu qeyd edərək, TAU kimi strateji və beynəlxalq səviyyəli universitetin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə TAU-nun gələcəkdə Azərbaycan və Türkiyənin elm, innovasiya və texnologiya sahələrində əməkdaşlığını daha da dərinləşdirən mühüm mərkəz kimi inkişaf edəcəyinə diqqət çəkilib.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111