Ağcabədidə “Sülhə sərmayə: insan hüquqları və cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib +FOTO=13
“Memarlıq və şəhərsalma ili” çərçivəsində, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust – 21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan olunması ilə əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən maarifləndirici tədbir keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhər M.Aranlı adına 11 nömrəli tam orta məktəbdə təşkil olunan tədbir “Sülhə sərmayə: insan hüquqları və cəmiyyətin rolu” mövzusuna həsr edilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu və hüquq və kadr məsələləri sektorunun məsləhətçisi iştirak edərək mövzu ilə bağlı çıxışlar ediblər. Çıxışlarda sülhün yalnız münaqişə və müharibələrin olmaması ilə məhdudlaşmadığı, eyni zamanda insan hüquq və azadlıqlarının təmin edilməsi, hüququn aliliyinin qorunması, qarşılıqlı hörmət və cəmiyyətin dayanıqlı inkişafı ilə sıx bağlı fundamental dəyər olduğu diqqətə çatdırılıb. Həmçinin gənc nəslin sülh mədəniyyətinin formalaşdırılmasında, insan hüquqlarına hörmət və tolerantlıq prinsiplərinin təşviqində mühüm rol oynadığı vurğulanıb. Tədbir diskussiya formatında davam etdirilib. Şagirdlər mövzu ilə bağlı fikir və suallarını səsləndirib, müzakirələrdə fəal iştirak ediblər. Qarşılıqlı fikir mübadiləsi şəklində keçirilən görüş şagirdlərin insan hüquqları, sülh və cəmiyyətdə hər bir fərdin rolu barədə biliklərinin artırılmasına və mövzuya dair məlumatlılığının genişləndirilməsinə xidmət edib.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



