Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyədən azərbaycanlı qazilərə xüsusi JEST

Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub.

AZpress.AZ xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MMN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, 19 Sentyabr - Qazilər Günü münasibətilə Azərbaycandan olan qazilər və onların ailə üzvləri idarədə qəbul edilib.

"Birlikdə güclü, birlikdə qardaşıq.

Ankara Hava Muzeyi Baş İdarəsində keçirilən mənalı proqramda qəhrəmanlarımızın xatirələrini dinlədik, ortaq tariximizin və zəfərlərimizin qürurunu hamımız birlikdə bölüşdük", - paylaşımda bildirilib.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111