Cüdoçularımız kata üzrə DÇ-da iştirak edəcəklər
26-27 sentyabr günlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə və gənclər arasında cüdonun kata növü üzrə dünya çempionatı keçiriləcək. ACF-dən verilən məlumata görə, ölkəmiz bu turnirdə 4 cüdoçu (ölkə çempionatının qalibləri) ilə təmsil olunacaq ki, onlar da "nake-po-kata" üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər.
Yeniyetmələr arasında ölkəmizi Sadiq Abdullayev (tori) və Rəcəb Əkbərov (ike), gənclərin yarışında isə Famil Əsədov (tori) və Yusif Əhmədov (ike) çıxış edəcək.
Ümumiyyətlə, çempionatda, Azərbaycan da daxil olmaqla, 35 ölkədən 462 cüdoçu iştirak edəcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



