"Qocalar"dan daha 3 bürünc medal
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda veteran cüdoçular arasında keçirilən və Azərbaycandan olan "qocalar"ın da iştirak etdiyi dünya çempionatı davam edir. Qeyd edək ki, mundialın ilk gününü 4 (1-0-3) medalla yola salan təmsilçilərimiz ikinci günü bürünc əyarlı daha 3 medal qazanıblar.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, medallardan ikisi M3 yaş kateqoriyasında tatamiyə çıxan Şıxrəcəb Şıxmuradovla Əhməd Məmmədovun (hər ikisi 73 kq), biri isə M44 yaş kateqoriyasında çıxış edən Anar Ağayevin (90 kq ) aktivinə yazılıb.
Xatırladaq ki, mundialın ilk günündə M1 yaş kateqoriyasında Məmmədəli Mehtiyev (100 kq) qızıl, Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq) və Coşqun Abdullayev (90 kq) bürünc medal qazanıb.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



