Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İnterpol ermənilərin Xudavəngdən apardıqları elementləri axtarır

Kəlbəcər rayonunun işğalından sonra Xudavəng monastırında da “bərpa” işləri başlanılıb.

Bunu APA-ya açıqlamasında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva deyib.

Onun sözlərinə görə, “bərpa” işləri Ermənistan Respublikası və erməni apostol kilsəsinin vəsaiti hesabına 1997-2011-c illər tarixlərində həyata keçirilib.

“2014-cü ildən başlayaraq monastırın unikal freskalarının “bərpa”sı da aparılıb. İşğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksini talan edərək, kompleksə məxsus olan xaçlar, zənglər və digər elementlər Ermənistan Respublikasına aparılıb, o cümlədən, freskalar da divardan kəsilərək oğurlanıb, sonralar xaricdə “Ermənistanın sənət əsərləri” kimi müxtəlif xarici sərgilərdə nümayiş etdirilib. Bununla bağlı 9 oktyabr 2025-ci il tarixində Xudavəng monastırından sökülərək ölkə ərazisindən qanunsuz çıxarılmış freska və xaçdaşlar barədə məlumatlar İnterpolun “Oğurlanmış incəsənət əsərləri bazası”na daxil edilib. Bu da həmin artefaktların İnterpola üzv dövlətlərdən birinin ərazisində aşkar edilməsi halında onların Azərbaycan Respublikasına qaytarılması istiqamətində beynəlxalq hüquq-mühafizə mexanizmləri ehtiva edir”, - Dövlət Xidmətinin rəisi vurğulayıb.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111