Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ümumdünya Şahmat Olimpiadası davam edir 

Özbəkistanın Səmərqənd şəhərində kişi və qadınlar arasında keçirilən 46-cı Ümümdünya Şahmat Olimpiadası (ÜŞO) davam edir. Azərbaycan komandaları (kişi və qadın) da daxil olmaqla, 138 kişi və 149 qadın komandasının heyətində 1032 zəka sahibinin mübarizə apardığı turnirdə dünən 6-cı turun oyunları keçirilib. Turu kişi komandamız Argentina üzərində (2,5:1,5) qələbə ilə başa vursa da, qadın millimiz Qazaxıstanla (1,5:2,5) bacarmayıb və ÜŞO-da ilk dəfə məğlub olub.

Argentina ilə oyunda kşi komandamızın heyətində Şəhriyar Məmmədyarov, Məhəmməd Muradlı və Rauf Məmmədov rəqiblə xalları bölüşməyə razılaşma da Aydın Süleymanlı rəqibini məğlub edib. Aydının qələbəsi isə işə yarayıb və kişi konandamız aktivinə daha 2 xal yazdırıb. Lakin bu qələbə turnir cədvəlində öz əksini tapmayıb. Komandamız əvvəlki ki, yenə də 13-ci pilləada qalıb. Millimiz bu gün 7-vi tur çərçivəsində Yunanıstanla üzləşəcək. Yunanlar isə 10 xalla yarış günündə 8-ci yerdədirlər.

Qadın millimizə gəlincə, Qazaxıstanla oyunda şahmatçılrımızdan Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblə sülh bağladığı halda Günay Məmmədzadə məğlub olub. Bu məğlubiyyət isə aktivində 10 xalı olan qadın millimizin yarış cədvəlində 4-cü pillədən 9-cu yerə düşməsinə səbəb olub. Bu gün 7-ci turun oyunları keçiriləcək. Hazırda 10 xalıa yarış cədvəlində 9-cu olan Azərbaycan millisi eyni xalla 7-ci pillədə qərarlaşan Ermənistan komandası ilə qarşılaşacaq. Azərbaycanın dünya reytinqində 7-ci, Ermənistanın isə 16-cı pillədə olduğunu nəzərə alsaq, millimizi qarşılaşmanın reytinq favoriti hesab etmək olar.

Qeyd: İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan ÜŞO-na sentyabrın 27-də yekun vurulacaq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111