ADPU tələbələri üçün ekoloji maarifləndirmə tədbiri keçirilib +FOTO=9
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsil Könüllüləri Tələbə Birliyi (TKTB) və Pirallahı Gənclər Evinin əməkdaşlığı ilə çərçivəsində gənclərin ekoloji maarifləndirilməsinə həsr olunmuş “Tullantılardan sənətə” layihəsi həyata keçirilib.
Pirallahı Gənclər Evində keçirilən tədbirdə ADPU tələbələrinə tullantıların təkrar istifadəsi, ətraf mühitin qorunması və ekoloji məsuliyyətin formalaşdırılmasının əhəmiyyəti barədə məlumat verilib. Maarifləndirici hissənin ardından tələbələr istifadə olunmuş və tullantı materiallarından müxtəlif yaradıcı əl işləri hazırlayaraq tullantıların faydalı və yaradıcı məqsədlərlə yenidən istifadəsi imkanlarını nümayiş etdiriblər.
Tədbir çərçivəsində Pirallahı Gənclər Evi tərəfindən ADPU tələbələri üçün infotur da təşkil olunub. Tur zamanı Gənclər Evinin fəaliyyəti, gənclər üçün yaratdığı imkanlar və həyata keçirdiyi layihələr barədə iştirakçılara ətraflı məlumat verilib.
Tədbirin sonunda əməkdaşlığa və fəal iştiraklarına görə ADPU tələbələrinə Pirallahı Gənclər Evi tərəfindən təşəkkürnamələr təqdim olunub.
Layihənin keçirilməsində əsas məqsəd gənclərin ekoloji savadlılığının artırılması, ətraf mühitə məsuliyyətli münasibətin təşviq edilməsi və tullantıların təkrar istifadəsi ilə bağlı yaradıcı yanaşmaların təşviq olunması olub.
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



