Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olunmasına dəstəyini ifadə edib.

AZpress.AZ xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Türkiyənin Cənubi Qafqaza baxışının aydın olduğunu bildirib.

“Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq. Cənab Əliyev və cənab Paşinyanın ortaya qoyduqları həll iradəsini təqdir edir və dəstəkləyirik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan, həmçinin Ermənistanla Türkiyə arasında normallaşma prosesini qətiyyətlə davam etdirdiklərini bildirib.

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111