"Neftçi" BK Avropa Kubokuna qələbəylə başlayıb
Sentyabrın 23-də kişi basketbolçulardan ibarət klublar arasında Avropa Kubokunun (FİBA Avropa Kuboku) ilkin təsnifat mərhələsində birinci oyunlar keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən " Neftçi" BK doğma divarlar arasında Estoniyanın BC "Parnu" klubunu qəbul edib. Bakı İdman Sarayında baş tutan görüşdə " Neftçi" klubu inamlı qələbə qazanıb - 80:67 (20:13, 22:16, 18:19, 20:109).
Cavab oyunu sentyabrln 30-da Estoniyada keçiriləcək. İki oyunun ümumi nəticəsinə görə qalib gələn komanda növbəti mərhələyə vəsiqə qazanacaq.
Yeri gəlmişkən, onu da qeyd edək ki, sentyabr ayının 30-da kişi basketol klublarının mübarizə apardığı ABL- da 2026/2027-ci illər mövsümünə start veriləcək. Çempionatda 8 komanda çıxış edəcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



